"Azercell" "Telecom TV" xidmətini dayandırıb

"Azercell" "Telecom TV" xidmətini dayandırıb
# 25 oktyabr 2019 10:02 (UTC +04:00)

Bu gündən etibarən Azərbaycanın mobil rabitə operatoru olan "Azercell Telecom" şirkəti "Telecom TV" xidmətindən istifadəni dayandırır.

"APA-Economics"in şirkətin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, bu istiqamətdə yeni xidmət təqdim edildikdə abunəçilər məlumatlandırılacaq.

Qeyd edək ki, "Telecom TV" xidməti abunəçilərə smartfonlarda mobil əlavə vasitəsilə 200-dən çox televiziya kanalına baxmaq imkanı verirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR