"Azercell" yeni "Bookmate plus" paketini təqdim edib

"Azercell" yeni "Bookmate plus" paketini təqdim edib
# 03 oktyabr 2019 17:29 (UTC +04:00)

“Azercell Telekom” MMC qiraət həvəskarlarının istifadəsinə yeni “Bookmate Plus” paketini təqdim edib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, şirkət abunəçilərə bir paket çərçivəsində məkandan və istifadə olunan cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə 1 milyondan çox müxtəlif janrlarda elektron və audio kitabları özündə cəmləşdirən zəngin elektron kitabxanadan istifadə etmə imkanı yaradıb.

“Bookmate Plus” paketini aktiv etmək üçün həm iOS, həm də “Android” əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini “App Store” və ya “Play Store”dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığmaq gərəkdir.

“Azercell”in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron və audio kitablardan istifadə üçün 50%-dən çox endirim təqdim edir. Bununla yanaşı, “Azercell” “Bookmate Plus”dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə etmək imkanı yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR