Bakı-Rusiya sərhədi istiqamətində yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Rusiya sərhədi istiqamətində yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
# 15 noyabr 2022 15:26 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 16 noyabr saat 08:00-dan etibarən qeyd olunan hissədə 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"APA-Economics" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq.

“Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR