Bakıda 17 binaya istiliyin verilişi bərpa edilib - YENİLƏNİB

Bakıda 17 binaya istiliyin verilişi bərpa edilib - YENİLƏNİB
# 09 yanvar 2023 15:10 (UTC +04:00)

Bakının Nizami rayonunda istilik xəttində baş verən sızıntı tam aradan qaldırılıb.

Bu barədə “APA-Economics”ə “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə xidmətinin rəhbəri Elvin Basqallı bildirib.

Onun sözlərinə görə, təmir işləri yekunlaşıb və sızıntı nəticəsində istiliksiz qalan 17 binaya istiliyin verilişi bərpa edilib.

***

12:34

Bu gün səhər saat 06:00-dan 11:30-a qədər “Azəristiliktəchizat” ASC-nin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub.

APA-Economics”in verdiyi xəbərə görə, bunu “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr üzrə xidmətin rəhbəri Elvin Basqallı bildirib.

Onun sözlərinə görə, hamin müraciətlərin çoxu Nizami rayonundan daxil olub, bu da onunla bağlıdır ki, istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istilik ilə təminatında fasilə yaranıb.

“Əməkdaşlarımız dərhal hadisə yerinə gediblər və yaxın saatlarda orada istiliyin verilməsi bərpa olunacaq”, - Elvin Basqallı qeyd edib.

Onun sözlərinə görə, “Azəristiliktəchizat” əməkdaşları bayram günlərində olduğu kimi belə hava şəraitlərində də gücləndirilmiş iş rejimində çalışır: “Hava şəraitinə uyğun olaraq istiliyin verilməsi artırılıb və ümumilikdə istiliyin verilməsində heç bir ciddi bir problem yoxdur. Yaşayış və qeyri-yaşayış binaların istilik ilə təminatı davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR