Bakıda “Şərq Tərəfdaşlığı” Elektron İnfrastruktur Konfransı keçiriləcək

Bakıda “Şərq Tərəfdaşlığı” Elektron İnfrastruktur Konfransı keçiriləcək
  • Clock-gray 12:13
  • calendar-gray 21 Sentyabr 2019

Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Elektron İnfrastruktur Konfransı - “EaPConnect E-İnfrastructure Conference”a (EaPCEC 2020) keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiya İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə noyabrın 6-7-də GEANT-ın nümayəndə heyəti ilə Bakıda ilk görüşün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, EaPCEC konfransı siyasət və tədqiqat sahəsində əməkdaşlıq üçün platforma rolunu oynayır və “Şərq Tərəfdaşlığı” bölgəsi ilə Aİ üzv dövlətləri arasında elektron infrastruktur sahəsində cəmiyyətin yaradılmasını dəstəkləyir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date