"Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

"Baksol" yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
# 23 noyabr 2022 13:44 (UTC +04:00)

24 noyabr saat 10:00-dan 26 noyabr saat 22:00–dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunun təmir işləri icra olunan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR