Bu il dövlət qurumlarına aid 18 domen və 63 subdomen qeydiyyata alınıb

Bu il dövlət qurumlarına aid 18 domen və 63 subdomen qeydiyyata alınıb
# 11 may 2022 11:35 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 36,1% artaraq 546 ədəd təşkil edib.

"APA-Economics"in Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,1%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, apreldə Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 12 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 36 hesabat təqdim edilib.

Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1812 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 20,3% çoxdur.

Qeyd olunan dövr ərzində, ümumi sorğuların 97%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 104 hesabat təqdim edilib. Bu ilin ilk dörd ayında Azərbaycanın internet seqmentində dövlət qurumlarına aid 18 domen və 63 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR