"Buta Airways" Tbilisiyə uçuşların sayını artırır

"Buta Airways" Tbilisiyə uçuşların sayını artırır
# 14 iyun 2019 17:16 (UTC +04:00)

Azərbaycanın "Buta Airways" aviaşirkəti Tbilisi istiqamətində həyata keçirdiyi müntəzəm uçuşların sayını artırır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, yay fəsli boyunca, iyunun 15-dən sentyabrın 15-dək şirkət Bakı-Tbilisi-Bakı istiqamətində beş reys əlavə edəcək. Bununla da həmin istiqamətdə həftəlik ümumi uçuşların sayı 19-a çatdırılacaq.

Uçuşların "Embraer E190", "Airbus A319", "Airbus A320" and "Boeing B757" tipli təyyarələrlə həyata keçiriləcəyi bildirilib. Gürcüstanın Mülki Aviasiya Agentliyinin iyunun 13-də uçuşların sayının artırılmasına icazə verdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR