Dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılıb

Dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılıb
# 21 noyabr 2022 10:04 (UTC +04:00)

Zaqatalanın dağ çaylarında sel sularına qarşı mühafizə tədbirləri aparılıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən "APA-Economics"ə verilən xəbərə görə, işlər rayon ərazisindən axan Muxax çayda həyata keçirilib.

Bundan başqa rayon ərazisindən keçən Tala çayda, Qax rayonu ərazisində Kürmük çayda və Qara çayda bu işlər davam edir. Hazırda Qara çayın məcrası təmizlənir, çaya gələn lilli suyun maneəsiz olaraq kənd ərazilərindən ötüb keçməsi təmin olunur.

Zaqatala və Qax rayonları ilə yanaşı Beyləqan rayonunda P-1 və P-2 kanallarının lildən təmizlənməsi işləri yekunlaşıb. Hazırda idarənin texnikaları Qəbələ rayonu ərazisində suvarma kanallarını lildən təmizləyir. Göygöldə isə su itkisinin qarşısının alınması məqsədilə kanalın beton üzlüyə alınması işləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR