Əhali və sahibkarlara göstərilən xidmətlər üzrə sahələrin rəqəmsallaşdırılmasına başlanılıb

Əhali və sahibkarlara göstərilən xidmətlər üzrə sahələrin rəqəmsallaşdırılmasına başlanılıb
# 17 fevral 2021 12:33 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən əhalinin və sahibkarlara göstərilən xidmətlər üzrə zəruri olan sahələrin rəqəmsallaşdırılmasına başlanılıb.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, müəyyən sahələr mövcuddur ki, orada rəqəmsallaşdırılma ümumiyyətlə mümkün deyil və ya rəqəmsallaşma həddi çox aşağı ola bilər, əsasən də antiinhisar bölməsində: “Lakin digər istiqamətlərdə biz rəqəmsallaşma işlərini aparırıq. Əlbəttə, bu istiqamətdə digər ölkələrin qabaqcıl praktikalarının mənimsənilməsi vacibdir. Bununla bağlı müvafiq proqramımız var ki, bu proqram üzrə işlər cari və gələn il ərzində aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR