Laçın şəhərində Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək - FOTO

Laçın şəhərində Aqro və Sənaye Parkında 46 müəssisə fəaliyyət göstərəcək - FOTO
# 29 may 2023 14:30 (UTC +04:00)

Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

APA-nın əməkdaşı Prezidentin izi ilə Laçın şəhərinə təşkil olunan mediatur zamanı Aqro və Sənaye parkının tikinti işləri ilə tanış olub. Laçında həyata keçirilən layihələr üzrə iş icraçısı Elnur Abdullayev bildirib ki, burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.

Elnur Abdullayev onu da qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq:

“Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR