Mətin Eynullayev: Laçın və ətraf ərazilərdə 1400 əmlak siyahıya alınıb

Mətin Eynullayev: Laçın və ətraf ərazilərdə 1400 əmlak siyahıya alınıb
# 09 fevral 2023 11:34 (UTC +04:00)

2022-ci ildə Laçın şəhəri və ərtaf ərazilərdə 1400 əmlak siyahıya alınıb. 14 min daşınmaz əmlakın ilkin invertarlaşdırılması aparılıb.

"APA-Economics" xəbər verir ki, bunu 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, Qarabağ Rəqəmsal Geoinformasiya sisteminə topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın tikilinin 145 minə yaxını təsbit edilib və sistemə daxil edilib: "İşğaldan azad edilmiş ərazilərdə 1991-ci ilə qədər mövcud olmuş daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılıb, 25 minə yaxın sənəd aşkar edilərək sistemə daxil edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR