Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunub
# 25 yanvar 2023 19:01 (UTC +04:00)

Yanvarın 25-də İlqar Hacıbala oğlu Sadıqov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin olunub.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, İlqar Sadıqovu kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti geniş təhlil olunub, buraxılan nöqsanlara diqqət çəkilib, bundan sonrakı fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, İlqar Sadıqov Naxçıvana olan təyinatdan öncə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR