"Qarabağ"ın oyununa görə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq

"Qarabağ"ın oyununa görə “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq
# 18 iyul 2022 17:07 (UTC +04:00)

UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

"Bakı Metropoliteni"ndən "APA-Economics"ə verilən xəbərə görə, oyun iyul ayının 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq. Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar yaxın ərazidə yerləşən “Gənclik” stansiyasında qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmlərini gücləndirmək məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.

Ehtiyat tədbirləri “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

Gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun təmin olunacaq. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR