Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayrılıb - SƏRƏNCAM
# 01 iyul 2019 17:23 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla on min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR