Ramin Quluzadə İranda səfərdədir

Ramin Quluzadə İranda səfərdədir
  • Clock-gray 13:05
  • calendar-gray 17 İyul 2019

Tehranda Azərbaycan, İran, Türkiyə və Rusiya rabitə və informasiya texnologiyaları nazirlərinin görüşü başlayıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə görüşdən öncə iranlı həmkarı Məhəmməd Cavad Azəri Cəhromi tərəfindən qarşılanıb.

Görüşdə əsasən İran, Azərbaycan, Rusiya və Türkiyənin nazirləri “Startup” şirkətlərini dəstəkləmək məqsədilə müştərək mərkəz yaratmaq barədə müzakirələr aparacaqlar.

Bu gün həmçinin dörd ölkənin nazirlərinin müştərək mətbuat konfransı keçiriləcək və görüşün nəticələri ilə bağlı məlumat veriləcək.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date