Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabunçuda bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
# 29 iyul 2022 14:22 (UTC +04:00)

30 iyul saat 08:00-dan 31 iyul saat 20:00–dək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR