İnnovasiyalar Agentliyinə rəhbər təyin olunub - YENİLƏNİB

İnnovasiyalar Agentliyinə rəhbər təyin olunub - YENİLƏNİB
# 08 avqust 2019 19:35 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economisc"ə verilən məlumata görə, Tural Kərimli İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

T. Kərimli 1981-ci ildə anadan olub.

Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.

Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

T. Kərimli 2009-2017-ci illərdə “İSRA” Şirkətlər Qrupuna rəhbərlik edib.

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbində baş müəllim, Ayan Kərimova isə “Yüksək Texnologiyalar Parkı” MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

***

15.13

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinə rəhbər təyinatı olub.

APA-Economics”in məlumatına görə, Tural Kərimli İnnovasiyalar Agentliyinin rəhbəri təyin olunub. Bundan öncə T. Kərimli “Yüksək Texnologiyalar Parkın”nın rəhbəri vəzifəsini icra edirdi.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu artıq təsdiq olunub. Agentliyin ilkin nizamnamə fondu 500 min manat müəyyən edilib və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Agentliyin fəaliyyətinin məqsədi, innovasiya potensialından səmərəli istifadə etmək, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR