Ukrayna loukosteri Gəncəyə uçuşlar həyata keçirəcək

Ukrayna loukosteri Gəncəyə uçuşlar həyata keçirəcək
# 04 fevral 2022 10:21 (UTC +04:00)

Ukraynanın “Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yay naviqasiyasında Kiyevdən Azərbaycanın üçüncü böyük şəhəri olan Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.

APA-Economics” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin kommersiya direktoru Aleksandr Cicora bildirib.

Onun sözlərinə görə, aviaşirkət hələ bilet satışını açmayıb, lakin artıq marşrutun istifadəyə verilməsinə hazırlaşır.

“Bees Airline” Ukrayna Dövlət Aviasiya Administrasiyasından Kiyevdən Gəncəyə həftədə iki dəfəyədək müntəzəm uçuşlar həyata keçirmək hüququ alıb. “Ukraine International Airlines” isə bu marşrutdan bir ildən çox istifadə etmədiyi üçün tənzimləyici tərəfindən bu hüquqdan məhrum olunub.

Kiyev-Gəncə marşrutu “Bees Airline” şəbəkəsində Azərbaycana ikinci reys olacaq. Belə ki, aviaşirkət artıq bu Gəncəyə Odessadan uçuşlar həyata keçirir və Kiyevdən uçuşlar başlayandan sonra bu marşrutu saxlamaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR