Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək

Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək
# 05 iyun 2023 15:38 (UTC +04:00)

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR