Azərbaycan gimnastı Mersində qızıl medal qazanıb

Azərbaycan gimnastı Mersində qızıl medal qazanıb
  • Clock-gray 01:03
  • calendar-gray 02 Sentyabr 2019

Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından APA-ya verilən məlumata görə, yarışda milli komanda Murad Ağarzayev və Cavidan Babayevlə təmsil olunub. 

Altı alətin hər birində finala vəsiqə qazanan M. Ağarzayev ən yaxşı çıxışını dayaqlı tullanmada nümayiş etdirib. Gimnast 14,175 xalla turnirin qızıl medalını qazanıb.

C. Babayev də komanda yoldaşından geri qalmayaraq, iki final mərhələsində gücünü sınayıb. O, halqalarda çıxışı ilə fərqlənərək, 13,750 xalla bürünc medala layiq görülüb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date