İslamiada: Qadın voleybolçularımız yarımfinala yüksəlib

İslamiada: Qadın voleybolçularımız yarımfinala yüksəlib
# 14 may 2017 18:41 (UTC +04:00)

IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət millimiz bu gün növbəti görüşünü keçirib.

İlk iki matçda rahat qələbə qazanan yığmamızın budəfəki rəqibi yarışın favoritlərindən olan Türkiyə millisi olub. Faiq Qarayevin yetirmələri bu qarşılaşmanı da set vermədən qazanıblar. Düzdü, ilk hissəni 7 top irəlidə bitirən voleybolçularımız ikinci setdə müqavimətlə üzləşiblər. Lakin təcrübə komandamızın köməyinə çatıb. Türklərin 3-cü setdə oyunu dəyişmək istəyi də alınmayıb. Millimiz hissəni 25:20 hesabı ilə aktivinə yazıb.

Beləliklə, komandamız qrup mərhələsini lider kimi başa vuraraq, yarımfinala yüksəlib.

Onların rəqibinin adına mayın 16-da aydınlıq gələcək. Çünki Qırğızıstan sabah Türkiyə ilə, ertəsi gün Tacikistanla üz-üzə gələcək. Qrupu sonuncu yerdə başa vuracaq kollektiv təmsilçimizə rəqib olacaq. 2-ci və 3-cü pillələrin sahibləri isə digər yarımfinal cütünü təşkil edəcək.

Qeyd edək ki, yığmamız ilk iki qarşılaşmasında Qırğızıstan (3:0 – 25:7, 25:3, 25:8) və Tacikistanı (3:0 – 25:9, 25:7, 25:10) darmadağın edib.

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

III tur

Azərbaycan – Türkiyə - 3:0 (25:18, 30:28, 25:20)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

“Bakı Kristan Zal”

Komanda

O

Q

M

S/F

X/F

X

Azərbaycan

3

3

0

9-0

230-110

9

Türkiyə

2

1

1

3-3

141-101

3

Qırğızıstan

1

0

1

0-3

18-75

0

Tacikistan

2

0

2

0-6

47-150

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR