İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb

İslamiadada Təhsil Nazirliyinin idman müəssisələrinin 6 yetirməsi 8 medal qazanıb
# 23 may 2017 11:22 (UTC +04:00)

“Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirməsi olan 18 nəfər idmançı 8 idman növü üzrə milli yığma komandalarının tərkibində “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edib. Onlardan 6 nəfəri bu oyunların mükafatçısı olub, 4 qızıl, 4 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, İslamiadanın böyük insan resurslarının əsasını tələbə könüllüləri təşkil edib.

IV İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərin yaxından iştirak etdiyini deyən nazir müavini qeyd edib ki, “Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edib.

İslamiadaya 8000-dən çox könüllünün cəlb olunduğunu deyən F.Qurbanov vurğulayıb ki, oyunların açılış və bağlanmış mərasimində 3077 nəfər könüllünün xidmətindən istifadə olunub. Onun sözlərinə görə, tələbə könüllülər indiyədək ölkədə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər: “Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub. “Bakı-2015” I Avropa Oyunları dövründə qazanılan təcrübə nəticəsində könüllülük hərəkatı ölkəmizdə institusional səviyyəyə yüksəlib. Bu prosesdə “SABAH” qruplarının, “Bir” Tələbə Könüllü Proqramının, “ASAN xidmət” mərkəzləri və onların nəzdindəki “ASAN könüllülər” təşkilatının xüsusi rolu var. Azərbaycanın könüllülər ordusu IV İslam Həmrəyliyi Oyunlarında da yüksək hazırlıqla iştirak edib, yarışlarda vətənpərvərlik, peşəkarlıq, qonaqpərvərlik, bacarıq nümayiş etdiriblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR