Yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub

Yanvar-sentyabr aylarında Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergi üzrə proqnoz kəsirlə icra olunub
# 24 oktyabr 2008 15:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi və tədiyyələr üzrə daxilolmalar 4 382 570,6 min manat və ya proqnozdan 7,9% çox olub. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 34% çoxdur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə əlavə dəyər vergisi üzrə daxilolmalar 853 372,7 min manat (proqnozdan 7,1% çox), aksizlər 266 882,3 min manat (+0,1%), mədən vergisi 115 179,7 min manat (+15,1%), mənfəət vergisi 2 271 456,1 min manat (+16%), torpaq vergisi 27 716,2 min manat (+25,7%), əmlak vergisi 80 877,6 min manat (+0,2%), dövlət rüsumu 46 088,2 min manat (+19,5%), yol vergisi 19 578,6 min manat (+1,5%), sair daxilolmalar 200 233,3 min manat (+27,8%) və dövlət mülkiyyətində olan torpaqların icarə haqqı 1 219,4 min manat (+7,9%) olmaqla yerinə yetirilib.
Cari ilin 9 ayında fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar proqnozdan 21% az yerinə yetirilib və bu vergi növü üzrə büdcəyə 454 906,1 min manat vəsaitin ödənilməsi təmin olunub. Hesabat dövründə sadələşdirilmiş vergi üzrə proqnoz 0,7% az yerinə yetirilməklə 46 279,8 min manat vəsait toplanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR