Azərbaycan Beynəlxalq Bankı ölkədə daha bir yeniliyə imza atıb - FOTO

Azərbaycan Beynəlxalq Bankı ölkədə daha bir yeniliyə imza atıb - FOTO
# 21 yanvar 2020 15:56 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Bankının ölkədə ilk dəfə "IBA Bot" robotu fəaliyyətə başlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi, 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra "IBA Bot" qarşılayacaq. Robot müştərilərinin suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

"IBA Bot" müştərilərlə çox asan və rahat ünsiyyət qura bilir. Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. "IBA Bot" bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.

Bundan əlavə, elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa "IBA Bot"dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.

"Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. "IBA Bot" adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq", - deyə Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə 37 filialı və 39 şöbəsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR