ABA: Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı komissiya haqqını ləğv edib - EKSKLÜZİV

ABA: Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı komissiya haqqını ləğv edib - EKSKLÜZİV
# 08 fevral 2023 13:24 (UTC +04:00)

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur.

Bunu "APA-Economics"ə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, ABA-nın bu gün növbədənkənar iclası keçirilib və Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı yekdilliklə qərar qəbul ediblər.

Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR