Bank Of Baku

AMB: Faiz transmissiyasının birinci həlqəsi işləməyə başlayır

AMB: Faiz transmissiyasının birinci həlqəsi işləməyə başlayır
# 16 iyun 2023 12:12 (UTC +04:00)

Son bir ildə Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 6,25 %-dən 9 %-ə çatdırıb, sterilizasiya əməliyyatlarını aktivləşdirib, eyni zamanda faiz kanalının ötürücülüyünün yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirib.

APA-Economics” xəbər verir ki, bunu AMB-nin Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov deyib.

"Hazırda Azərbaycanda pul bazarı əsasən 2 seqmentdən ibarətdir: təminatsız və təminatlı seqmentlər. Təminatsız seqment "Bloomberg" platforması üzərində fəaliyyətdədir. Təminatlı seqment isə repo bazarıdır, "Bakı Fond Birjası" QSC-nin platforması üzrərindən işləyir. Hər iki istiqamətdə yaranan aktivləşmə reprezentativ faiz indekslərinin formalaşmasına şərait yaradır. Bu reprezentativ faiz indeksləri gündəlik əsasda hesablanaraq ictimaiyyətə açıqlanır. Müsbət haldır ki, hər iki seqmentdə formalaşan faizlər AMB-nin faiz dəhlizinə reaksiya verməyə başlayıb. Biz pul siyasətinin faiz transmissiyasının birinci həlqəsinin artıq işləməyə başladığını deyə bilərik”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR