Paşha Bank
Bank Of Baku

Zelenski: Rusiya Zaporojyedə yaşayış evlərinə beş idarəolunan aviabomba atıb, 12 nəfər ölüb

Zelenski: Rusiya Zaporojyedə yaşayış evlərinə beş idarəolunan aviabomba atıb, 12 nəfər ölüb
# 10 oktyabr 2026 14:46 (UTC +04:00)

Ukraynanın Zaporojye şəhərində yaşayış evlərinə endirilən zərbələr nəticəsində azı 12 nəfər ölüb, onların arasında üç uşaq var.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində daha 14 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Daha 12 nəfərin hücum zamanı həmin ərazidə ola biləcəyi ehtimal edilir və onlar barədə məlumat dəqiqləşdirilir.

Zelenski bildirib ki, gecə ərzində Ukraynanın 13 vilayəti hücuma məruz qalıb. Yaşayış evlərinə, infrastruktura və dəmir yoluna ziyan dəyib.

Ukrayna Prezidenti Rusiyanın dizel yanacağının ixracına tətbiq edilən sanksiyaların yumşaldılmasına cavab olaraq Zaporojyeyə zərbə endirdiyini iddia edib.

O, Rusiyaya təzyiqin azaldılmasının Moskva tərəfindən müharibəni davam etdirməyə imkan verən siqnal kimi qəbul olunduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR