AMB: Hazırda ölkəmizdə hesablaşmaların aparılmasında heç bir təhdid yoxdur

AMB: Hazırda ölkəmizdə hesablaşmaların aparılmasında heç bir təhdid yoxdur
# 29 aprel 2022 12:56 (UTC +04:00)

"Hazırda ölkəmizdə hesablaşmaların aparılmasında heç bir təhdid görünmür".

"APA-Economics" xəbər verir ki, bunu Rusiyanın iri banklarının SWIFT-dən ayrılmasının Azərbaycanın maliyyə sektoruna təsirini şərh edərkən AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

Onun sözlərinə görə, yaranmış yeni geosiyasi və geoiqtisadi vəziyyətdə Azərbaycan Mərkəzi Bankı banklarla aktiv fəaliyyətdədir: "Ölkəmizin makroiqtisadi sabitliyinə və maliyyə sektorunun sabiitliyinə təsirləri hal-hazırda davamlı şəkildə AMB tərəfindən ölçülür və təhlillər aparılır. Bu təhlil prosesləri bank sektoru, dövlət qurumları və hökumətlərarası komissiyalar çərçivəsində aktiv müzakirə edilir. Hazırda ölkəmizdə hesablaşmaların aparılmasında heç bir təhdid görünmür".

F.Osmanov əlavə edib ki, yalnız xarici banklara müxbir xidmət göstərən banklar tərəfindən aparılan ödənişlərdə komplayns tələblərinin sərtləşdirilməsi baxımından ödənişlərin icrasında müəyyən yubanmalar görsənib. Ümumilikdə isə hesablaşmalarla bağlı heç bir problem müşahidə edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR