Azərbaycan İnvestisiya Şirkəti ASC işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibi StarMining ilə birgə "Shahbulaq Mining" şirkətini təsis edib.
"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır.