Azərbaycan sığorta bazarı 13% böyüyüb

Azərbaycan sığorta bazarı 13% böyüyüb
# 29 noyabr 2022 09:59 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 797,624 milyon manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə 10,4% azalaraq 359,296 milyon manat təşkil edib.

Başqa sözlə, sığorta bazarının zərərliliyi 20,7% azalıb.

Belə ki, hesabat dövründə toplanan hər 100 manat sığorta haqqının 45 manatı ödənişə yönəldilibsə, ötən ilin eyni dövründə bu rəqəm 56,8 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR