Azərbaycanda ÜDM-in həcmi 6,2 faiz artıb

Azərbaycanda ÜDM-in həcmi 6,2 faiz artıb
# 09 avqust 2022 12:24 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədə 74 155,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb.

Məlumata görə, ÜDM istehsalının 52,9 faizi sənaye, 7,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,3 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.

Qeyd olunur ki, əhalinin hər nəfərinə düşən ÜDM 7375,9 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR