“Bank VTB Azərbaycan" ilk yarımildə 12,5% kiçilib

“Bank VTB Azərbaycan" ilk yarımildə 12,5% kiçilib
# 25 iyul 2022 16:32 (UTC +04:00)

“Bank VTB Azərbaycan" bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, 2022-ci ilin ilk yarısında Bankın faiz gəlirləri 12,461 min manat (2021-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə çox), faiz xərcləri 3,775 min manat (1,8 dəfə), xalis faiz gəlirləri isə 8,389 min manat (1,7 dəfə çox) təşkil edib.
Filialın qeyri-faiz gəlirləri 8,028 min manat (2,4 dəfə çox), qeyri-faiz xərcləri 15,373 min manata (48,5% çox) bərabər olub. Bank mümkün zərərlər üzrə ehtiyat ayırmalarını 5,164 min manat azaldıb, mənfəət vergisi ödəməsi isə olmayıb.
Nəticədə, bank 2022-ci ilin ilk yarısını 6,208 min manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 6,3 dəfə çoxdur. Belə ki, “Bank VTB Azərbaycan" 2021-ci ilin yanvar-iyun ayları üzrə 986 min manat xalis mənfəət açıqlamışdı.

Bu ilin birinci yarısında bank kiçilib. Belə ki, bu ilin iyulun 1-nə bankın cəmi aktivləri 12,5% azalaraq 203,425 min manata, o cümlədən müştərilərə verilmiş kreditləri 1,2% artaraq 167,040 min manata çatıb. Bankın cəmi öhdəlikləri 21,5% azalaraq 128,852 min manata bərabər olub.

“Bank VTB Azərbaycan"da hüquqi şəxslərin depozitləri 79,4% və ya 26,9 milyon manat azalaraq 7,971 min manata düşüb. Bu dövrdə bankın cəmi kapitalı 8,8% artaraq 74,573 min manat yüksəlib, bölüşdürülməmiş zərəri isə 2,4% azalaraq 242,530 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR