“Bank VTB Azərbaycan” istehlak kreditini bahalaşdırıb

“Bank VTB Azərbaycan” istehlak kreditini bahalaşdırıb
# 02 fevral 2023 12:00 (UTC +04:00)

“Bank VTB Azərbaycan” istehlak krediti üzrə faizləri yenidən artırıb.

APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank 40 min manata kimi istehlak kreditləri üzrə faiz dərəcəsini 12,99%-dən 14,5%-ə kimi artırıb.

Qeyd edək ki, “Bank VTB Azərbaycan” noyabr ayında istehlak kreditləri üzrə faizi 13,99% müəyyən etmişdi.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR