Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar ləğv olunur
# 01 fevral 2023 16:19 (UTC +04:00)

Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR