BFB əməliyyatların ümumi həcmini açıqlayıb

BFB əməliyyatların ümumi həcmini açıqlayıb
# 05 avqust 2022 17:57 (UTC +04:00)

Bu ilin yanvar-iyul tarixlərində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 230 625 225 manat təşkil edib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 173 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 596% artım müşahidə olunub.

Cari ilin iyul ayının son ticarət günü üzrə Birjanın kapitalizasiyası 4 126 509 205 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR