Bu ilin 10 ayında büdcədə 3,8 mlrd. manatlıq profisit olub

Bu ilin 10 ayında büdcədə 3,8 mlrd. manatlıq profisit olub
# 03 noyabr 2022 13:11 (UTC +04:00)

"2022-ci ilin ötən dövründə büdcənin profisitli icrasını dəyərləndiririk. Belə ki, 2022-ci il üzrə dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində 3,1 mlrd. manat kəsir nəzərdə tutulsa da, 10 ayda 3,8 mlrd. manatlıq profisit olub".

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

“İnanırıq ki, 2023-cü ildə də gəlirlərin proqnozu üstələməsi hesabına kəsir planlaşdırıldığı kimi - 2,6 mlrd. manat az olacaq”, - deyə T.Kazımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR