BVF bu il qlobal artım üzrə proqnozunu endirib

BVF bu il qlobal artım üzrə proqnozunu endirib
# 19 aprel 2022 17:31 (UTC +04:00)

Dünya iqtisadiyyatı bu il 3,6% artacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş "World Economic Outlook" hesabatının aprel buraxılışında bildirilir. Bu, yanvar gözləntisi ilə müqayisədə 0,8 faiz bəndi azdır. 2023-cü ildə də 3,6%-lik qlobal artım gözlənilir ki, bu da ötən proqnoz ilə müqayisədə 0,2 faiz bəndi azdır.

BVF qeyd edir ki, Ukraynadakı müharibə sülh yolu ilə həllini tələb edən baha başa gələn humanitar böhrana səbəb olub. Eyni zamanda, münaqişənin iqtisadi ziyanı 2022-ci ildə qlobal artımın əhəmiyyətli dərəcədə yavaşlamasına gətirib çıxaracaq və inflyasiyanı sürətləndirəcək. Bundan əlavə, yanacaq və ərzaq qiymətləri sürətlə bahalaşaraq aşağı gəlirli ölkələrdəki həssas əhaliyə daha çox zərbə vuracaq.

Fondun proqnozlarına görə, bu il ABŞ iqtisadiyyatı 3,7%, Avrozona iqtisadiyyatı 2,8%, inkişafda olan Asiya iqtisadiyyatı isə 5,4% artacaq. Azərbaycanın da aid edildiyi Orta Şərq və Mərkəzi Asiya regionunda isə bu il 4,6%-lik artım gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR