Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 16 mln. manatdan çox vəsait daxil olub

Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 16 mln. manatdan çox vəsait daxil olub
# 19 yanvar 2022 16:27 (UTC +04:00)

2021-ci il ərzində ümumilikdə 1 845 yeni icarə müqaviləsi bağlanılıb ki, bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1 004-ü isə torpaq sahələrinə dair olub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 mln. manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4% yerinə yetirilib.

Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 mln. manat və ya 41,7%, 2020-ci illə müqayisədə isə 5,9 mln. manat və ya 57,4% çox vəsait ödənilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR