Gələn il ARDNF-in büdcəsində kəsir proqnozlaşdırılıb

Gələn il ARDNF-in büdcəsində kəsir proqnozlaşdırılıb
# 28 noyabr 2022 16:36 (UTC +04:00)

Gələn il üçün Dövlət Neft Fondunun (ARDNF) büdcəsi kəsirlə proqnozlaşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

HP qeyd edib ki, Fondun gəlirlərinin əsas formalaşma mənbəyini təşkil edən Azəri-Çıraq-Günəşli yatağı üzrə növbəti ildə hasilat həcminin (129,6 mln. barrel) cari ilin dürüstləşmiş büdcəsinə (153,1 mln. barrel) nisbətən 23,5 mln. barel az, Şahdəniz yatağı üzrə qaz hasilatının həcminin isə 1,5 mlrd.kub metr artıq nəzərdə tutulması və xam neftin satış qiymətinin 50,0 ABŞ dolları həcmində müəyyənləşməsi Fondun gəlirlərinin 8 990,9 mln. manat proqnozlaşdırılmasına təsir edib. ARDNF-in xərclərinin 11 392,3 mln. manat həcmində nəzərdə tutulması nəticə etibarı ilə valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin artımına öz mənfi təsirini göstərib. Son nəticədə növbəti ildə Fondun büdcəsinin 2 401,4 mln. manat kəsirlə proqnozlaşdırılmasına şərait yaratıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR