“Gəmiqaya Holdinq”in daha iki şirkəti kapitalını geri çəkib

“Gəmiqaya Holdinq”in daha iki şirkəti kapitalını geri çəkib
# 14 noyabr 2022 17:48 (UTC +04:00)

“Gəmiqaya Holdinq”in iki şirkəti nizamnamə kapitalını azaldıb.

"APA-Economics" xəbər verir ki, sözügedən şirkətlər “Gəmiqaya Şirkəti” MMC və Gəmiqaya Yol Su-Enerji MMC-dir.

Qeyd edək ki, bundan əvvəl “Gəmiqaya Holdinq”ə aid on üç şirkəti nizamnamə kapitalının azaldığını elan etmişdi.

Xatırladaq ki, “Gəmiqaya Holdinq” 2008-ci ildə Naxçıvanda təsis edilib. Holdinq Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR