Maurizio Tamagnini: Suveren Fondlar Azərbaycanın investisiya perspektivlərinə diqqət yetirəcək

Maurizio Tamagnini: Suveren Fondlar Azərbaycanın investisiya perspektivlərinə diqqət yetirəcək
# 18 noyabr 2022 10:42 (UTC +04:00)

"Suveren Fondlar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin investisiya perspektivlərinə diqqət yetirəcəklər. Çünki bura şərq və qərbi özündə birləşdirən çox vacib regiondur".

Bunu "APA-Economics"ə açıqlamasında İtaliyanın "Fondo Strategico Italiano" Fondunun Baş İcraçı Direktoru Maurizio Tamagnini deyib.

O qeyd edib ki, COVİD-19 pandemiyasından sonra ilk dəfə Bakıda müxtəlif Suveren Fondlarla fiziki olaraq görüşmək imkanı yaranıb: "Burada inkişaf və davamlılıq məsələlərini müzakirə etdik. Biz uşaqlarımız üçün gözəl dünya yaratmaqla yanaşı, planetimiz üçün də yaxşı gənclik yetişdirməliyik. Bu baxımdan Suveren Fondların yatırımları çox önəmlidir. Gələcəyimizin üçün suveren fondların investisiya imkanları önəmlidir".

M.Tamagnini həmçinin İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə yatırım imkanlarının olduğunu deyib: "Azərbaycanla İtaliya arasında güclü ticarət əlaqələri var. İtaliya Azərbaycanın əsas qaz alıcılarından biridir. Hesab edirəm ki, İtaliyan şirkətləri Azərbaycan və Mərkəzi Asiyada əczaçılıq, qida, maşınqayırma, bioloji tədqiqatlar, həmçinin təhsil kimi sektorlara yatırım edə bilərlər. Eyni zamanda Azərbaycan şirkətləri də İtaliya iqtisadiyyatına öz töhfələrini verə bilərlər. Bu isə iki ölkə arasında əməkdaşlığı daha da artıra bilər. Mən buna çox ümidvaram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR