Naxçıvanda ötən ilin 11 ayında 252 milyon manatdan çox kreditlər verilib

Naxçıvanda ötən ilin 11 ayında 252 milyon manatdan çox kreditlər verilib
# 06 fevral 2023 13:13 (UTC +04:00)

Ötən ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları yaxşılaşıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, 11 ay ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 252 milyon 442 min 500 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 21,5% çoxdur.

Verilmiş kreditlərin 20 milyon 279 min 400 manatı və yaxud 8%-i qısamüddətli, 232 milyon 163 min 100 manatı və yaxud 92%-i uzunmüddətli kreditlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR