Ötən il büdcə kəsiri proqnozlaşdırılandan 67.4 faiz az olub

Ötən il büdcə kəsiri proqnozlaşdırılandan 67.4 faiz az olub
# 21 yanvar 2022 11:24 (UTC +04:00)

2021-ci il dövlət büdcəsinin kəsiri 3 116 mln. manat proqnozlaşdırılsa da faktiki kəsir 1 017,0 mln. manat təşkil etməklə proqnoza qarşı 2 099,0 mln. manat və ya 67,4% az olub.

"APA-Economics"in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, büdcə kəsirinin ÜDM-ə nisbəti 1,1% (proqnoza nisbətən 2,7 faiz bəndi az) təşkil edib.

Qeyd edək ki, kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 mln. manat), daxili və xarici borclanma (557,7 mln. manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 mln. manat) daxil olan vəsait hesabına həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR