Səhiyyə xərclərinin istiqamətləri açıqlanıb

Səhiyyə xərclərinin istiqamətləri açıqlanıb
# 25 may 2022 11:08 (UTC +04:00)

Keçən il 2020-ci illə müqayisədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşən səhiyyə xərcləri 10% artıb.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.

Hesabatda qeyd edilib ki, son 5 ildə (2017-2021-ci illər) səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1 faiz-bənd, mütləq ifadədə isə 673,8 milyon manat və ya 2 dəfə artıb.

Hesabat ilində istifadə edilmiş səhiyyə xərclərinin 75,8 faizi və ya 1044,7 milyon manatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin payına düşür ki, bu da 2020-ci illə müqayisədə 94,7 milyon manat və ya 10 faiz çoxdur. Həmin vəsaitin 864,1 milyon manatı əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına, 125,2 milyon manatı icbari tibbi sığorta tətbiq olunmayan inzibati ərazi vahidləri üzrə (Bakı, Sumqayıt, Gəncə, Naftalan, Şirvan, Lənkəran şəhərləri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa rayonları) səhiyyə müəssisələrinin saxlanılmasına, 55,4 milyon manatı isə səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin icrasına yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR