“Troni İnvestisiya Şirkəti” zərərini kəskin artırıb - HESABAT

“Troni İnvestisiya Şirkəti” zərərini kəskin artırıb - HESABAT
# 03 iyun 2023 15:02 (UTC +04:00)

“Troni İnvestisiya Şirkəti” 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” investisiya şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Troni İnvestisiya Şirkəti” 138 min manat xalis zərər açıqlayıb. 2021-ci ildə şirkət 5.9 min manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə şirkətin əməliyyat gəlirləri 11.2 min manat, əməliyyat xərcləri 141.6 min manat, inzibati xərcləri isə 7.4 min manat təşkil edib. Bu dövrdə şirkətin xərcləri gəlirlərini üstələdiyindən şirkət zərərlə üzləşib.

2022-ci ildə şirkətin cəmi aktivləri 23.7% və ya 86 min manat artaraq 449.4 min manat, cəmi öhdəlikləri isə 31.6% və ya 1000 manat artaraq 4.4 min manat təşkil edib.

Ötən il “Troni İnvestisiya Şirkəti”nə 85 min manat əlavə kapital qoyularaq nizamnamə kapitalı 445 min manata çatdırılıb.

Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti”nin səhmlərinin 100%-Səfiyev Səyavuş Kavi oğluna məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR