ABŞ-ın büdcə kəsiri 25%-dən çox artıb

ABŞ-ın büdcə kəsiri 25%-dən çox artıb
# 11 dekabr 2020 10:25 (UTC +04:00)

Oktyabr ayının 1-də başlayan 2021-ci maliyyə ilinin əvvəlindən ABŞ büdcəsinin kəsiri 25,1% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə “Associated Press” ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Kəsirin genişlənməsi COVID-19 pandemiyası səbəbindən artan xərclərlə əlaqələndirilir.

Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ-ın büdcə kəsiri 3 dəfədən çox artaraq 3,1 trln. dollara çatıb. Ölkədə tənəzzülə səbəb olan pandemiyaya qarşı icra edilən dövlət proqramı büdcə xərclərini ötən maliyyə ili 47% artıraraq 6,5 trln. dollara qədər yüksəldib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR