"AFB Bank" "Fitch"lə əməkdaşlığı dayandırıb

"AFB Bank" "Fitch"lə əməkdaşlığı dayandırıb
# 09 iyul 2020 09:50 (UTC +04:00)

Azərbaycanın aparıcı banklarından olan "AFB Bank" ASC "Fitch" beynəlxalq reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın dərc etdiyi məlumatda deyilir.

Məlumata görə, xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirib, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini bank üçün qeyri-rasional olub. Bunun nəticəsi kimi, "AFB Bank" biznesin inkişafı məsələlərində öz strategiyasını bir daha nəzərdən keçirərək "Fitch" reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmağı qərara alıb.

Qeyd edək ki, agentlik bankın uzunmüddətli defolt reytinqini (IDR) "B"dən "B-" səviyyəsinə endirib, reytinq üzrə proqnoz isə stabil saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR