ARDNF ötən rüb investisiya portfelində qızıl aktivlərinin payını artırıb

ARDNF ötən rüb investisiya portfelində qızıl aktivlərinin payını artırıb
  • Clock-gray 12:46
  • calendar-gray 27 Oktyabr 2020

Bu ilin III rübündə Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 13,6%-dən 14,4%-ə yüksəlib.

"APA-Economics"in məlumatına görə, bu barədə ARDNF-in 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.

Fondu aktivləri 2020-ci ilin 30 sentyabr tarixinə 43 288,6 mln. dollara bərabər olub ki, bunun 65,2%-i istiqrazlar və pul bazarı alətlərinin, 14,4%-i səhmlərin, 6%-i daşınmaz əmlakın, 14,4%-i isə qızıl aktivlərinin payına düşüb.

Qeyd edək ki, cari ilin ötən II rübü ilə müqayisədə  istiqrazlar və pul bazarı alətlərinin ümumi aktivlərdə payı 1,6 faiz bəndi azalıb, səhmlərin payı 0,7 faiz bəndi, daşınmaz əmlakın payı isə 0,1 faiz bəndi artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər