Avrozona iqtisadiyyatı bu il 10%-dən çox azalacaq - PROQNOZ

Avrozona iqtisadiyyatı bu il 10%-dən çox azalacaq - PROQNOZ
# 24 iyun 2020 18:04 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Avrozonada ÜDM istehsalının 10,2% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir.

Yeni proqnoz Fondun apreldəki mənfi gözləntisindən 2,7 faiz bəndi azdır. BVF 2021-ci ildə Avrozona iqtisadiyyatının bərpa olaraq 6% artacağını gözləyir. Bu, aprel proqnozundan 1,3 faiz bəndi çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Avrozonada ÜDM istehsalı 1,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR